Xameneinin müşaviri Vilayətidən Azərbaycana qarşı əsassız ittihamlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rəhbəri Əli Xameneyinin ali müşaviri Əliəkbər Vilayəti Azərbaycanın daxili işlərinə qarışaraq, Azərbaycan-İsrail əlaqələrini bəhanə edərək Azərbaycanı tənqid edib.

Antiazərbaycan mövqeyə malik olan Əliəkbər Vilayəti deyib: “Bizim onlarla yolumuzun ayrılmasının səbəbi Azərbaycanın İsraillə olan əlaqələridir”.

Vilayəti Azərbaycanla xoş niyyətli münasibətdə olmaq istədiklərini iddia etsə də, buna görə şərt qoyub: “Biz müsəlman ölkələrinin İsraillə münasibət qurmalarını qəbul edə bilmərik. İsraillə əlaqədə olan ölkə bir o qədər də bizdən uzaq sayılır”.

Azərbaycanla düşmən olan və Ermənistanı daim dəstəkləyən İran rejimi zaman-zaman bu siyasətlərini əsaslandırmaq üçün İsraili bəhanə edirlər.

Həmçinin yoxlayın

Aərbaycanın azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

GADTB: Birinci Qarabağ müharibəsi zamanı 3999 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, 6 nəfər …

Atəşkəsdən sonra İranda anti-Azərbaycan təbliğatı yenidən alovlanır

GADTB: İranla ABŞ-İsrail koalisiyası arasında 40 gün davam edən müharibədən sonra atəşkəsə dair razılaşmanın əldə …