Bazar , Oktyabr 18 2026
azfa

İran rejimi azərbaycanlı sənətçi Mahmud Mahmudini (Ərkin Haray) yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyun ayının 21-də İran rejiminin Kəleybərdəki terrorçu Sepahının təhlükəsilik qüvvələri azərbaycanlı sənətçi Mahmud Mahmudini (Ərkin Haray) yaxalayıb.

Azərbaycanlı fəal və sənətçinin illik Babək Qalası Qurultayının keçirilmə vaxtinin yaxınlaşması ilə bağlı yaxalandığı güman edilir.

Qeyd edək ki, azərbaycanlı sənətçi Mahmud Mahmudi (Ərkin Haray) dəfələrlə milli-mədəni fəaliyyətləri ilə bağlı İran rejimi tərəfindən yaxalanılb. Sonuncu dəfə azərbaycanlı fəal İranın İkinci Qarabağ müharibəsində Ermənistana silah-sursat verməsinə etiraz etdiyi üçün İran rejimi tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …