Əhvazda polis xalq etirazlarını qəddarlıqla dağıdıb – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Əhvazın ərəb əhalisini təhqir etdiyi üçün İran televiziyasına qarşı Ələhvaz şəhərində etiraz aksiyası keçirib. Etiraz aksiyasında əhali rejimin televiziyasının irqçi yanaşmasını və ərəbləri təhqir etməsini pisləmişlər. Lakin rejimin polisi qəddarlıqla etirazlara müdaxilə etdiyi üçün toqquşma yaranıb.

Məlumata görə, etiraz aksiyasında minlərlə ərəb iştirak edib, onlar Teleradio Şirkəti rəhbərliyinin üzr istəməsi və təhrifə yol verən şəxslərin işdən çıxarılmasını tələb ediblər. Etirazçılar ərəb geyimi ilə aksiyaya qatılıb.

Aksiyada ərəb dilində “Əhvaz bizimdir, kimsə onu bizdən ala bilməz” şüarı səsləndirilib.

İctimai şəbəkələrdə etirazçılara qarşı rejimin qəddarlıqla davranmasına dair videolar yayılıb:

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın