Çərşənbə , Avqust 26 2026
azfa

“Təbrizin sehirli nağılları” tvitindən sonra bu dəfə Maykl Dorandan “Şah İsmayıl ən böyük azərbaycanlıdır” tviti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrailin Azərbaycandakı səfiri Corc Dikin paylaşımından sonra indi də ABŞ-da keçmiş prezidenti Corc Buşun dövründə yüksək vəzifəli məmur olmuş Maykl Doran tviter hesabında görkəmli Azərbaycan hökmdarı Şah İsmayıl barədə paylaşım edib.

Maykl Doran tvitində yazıb: “Bu gün biz Şah İsmayılın şeir kitabını oxuyacağıq. Ən böyük azərbaycanlı Şah İsmayıl”.

Bundan öncə isə Maykl Doran İsrailin Azərbaycandakı səfiri Corc Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşımına münasibət bildirərə yazmışdı: “Gör nə edibsən, Corc Dik! Hər kəs Təbriz haqqında oxuyur”.

Qeyd edək ki, Maykl Doran Hadson İnstitutunun baş elmi işçisi və Amerika Milli Təhlükəsizlik Şurasında, həmçinin Amerika Dövlət Departamentində baş məsləhətçi və Birləşmiş Ştatların müdafiə nazirinin köməkçisinin müavini olub.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …