Bazar , Oktyabr 18 2026
azfa

İran rejiminin həbs etdiyi İbrahim Asimani vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars rejiminin iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etirazlarla bağlı yaxaladığı azərbaycanlı milli-mədəni fəal İbrahim Asimani vəsiqə qarşılığında zaminə buraxılıb.

İbrahim Asimani iyulun 27-də 100 milyon tümənlik vəsiqə girov qoymaqla müvəqqəti olaraq rejimin Təbrizdəki zindanından  sərbəst buraxılıb.

Qeyd edək ki, İbrahim Asimani (Azəroğlu) iyulun 16-da Urmiya gölünün qurudulmasına qarşı keçirilən etirazlarla bağlı yaxalanmışdı.

O, bundan öncə yaxınları vasitəsilə zindandan yaydığı səs qeydində haqsız yerə saxlanıldığını, heç bir günahının olmadığını demişdi.

Azərbaycanlı fəal haqsız yerə yaxalandığı üçün rejimin Təbrizdəki zindanında aclıq aksiyasına başlayıb və bir neçə gün aclıq aksiyası keçirmişdir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …