Şənbə , May 30 2026
azfa

İran məclisinin erməni deputatı: Ermənistan İran-Avropa İttifaqı münasibətlərində unikal körpüdür

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran” aistinadən yaydığı məlumata görə, İran və Rusiya münasibətlərinin yeni səviyyəyə çıxarılmalı olduğunu deyən İran-Ermənistan parlamentlərarası dostluq qrupunun sədr müavini Ara Şverdiyan iddia edib: “İran fövqəldövlətlərlə, xüsusilə Rusiya və Çinlə birlikdə regionun ən mühüm nüfuzlu ölkəsinə çevrilə bilər ki, bu da İranın regionda mühüm təsirini gücləndirəcək”.

İCANA xəbər verir ki, İranın şimalında və Tehranda yaşayan erməni xristianların ölkə parlamentindəki təmsilçisi Ermənistanın “İravunk” xəbər agentliyinə müsahibəsində əlavə edib: “İran və Ermənistan arasında münasibətlər həm 44 günlük müharibədən sonra, həm də pandemiya dövründə inkişaf edib və xüsusilə ticarət mübadiləsinin həcmi əhəmiyyətli dərəcədə artaraq, təxminən 600 milyon dollara çatıb”.

Daim anti-Azərbaycan mövqeyi ilə seçilən erməni deputat habelə qeyd edib: “Siyasi nöqteyi-nəzərdən də iki ölkə münasibətlərinin inkişafı istiqamətində ciddi addımlar atıb və İranın yüksək səviyyəli rəsmilərinin Ermənistana səfəri, Ermənistan parlamentinin sədrinin Tehrana gəlişi və bir çox digər ikitərəfli səfərlər bu iddianı sübut edir və İran-Ermənistan münasibətlərinin dərinləşməsi prosesinə təkan verir”.

Onun sözlərinə görə, İran üçün işğalçı Ermənistan İran-Avrasiya və İran-Aİ münasibətlərində unikal körpü hesab olunur.

Rusiya və Türkiyə prezidentlərinin bu yaxınlarda Tehrana səfərinə və İranın dini rəhbərinin Ərdoğanla görüşdəki açıqlamalarına toxunan Şaverdiyan qeyd edib: “Görüşdə Əli Xameneyi vurğulayıb ki, İran-Ermənistan sərhədinin bağlanması siyasəti izlənərsə, İslam Respublikası belə bir qərara qarşı çıxacaq. Çünki bu sərhəd bir neçə min illik rabitə yoludur”.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …