Çərşənbə , May 8 2024
azfa

İranın mane olmasına baxmayaraq Qaşqay türkləri azərbaycanlı türkoloq Hüseyn Düzgünü andılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinin təhdidlərinə baxmayaraq Qaşqay türkləri Şirazda azərbaycanlı türkoloq Hüseyn Məhəmmədzadə Sədiqə (Hüseyn Düzgün) anım mərasimini keçirdilər.

İranın anti-türk rejiminin ETTELAAT İdarəsi qaşqay fəallar və ziyalılara zəng edərək onların Hüseyn Məhəmmədzadə Sədiqə (Hüseyn Düzgün) anım mərasimi kermələri ilə bağlı xəbərdarlıq etmişdilər. Onlar qaşqay fəallar və ziyalılara bildirmişdilər ki, əks təqdirdə ağır nəticələrlə qarşılaşacaqlar.

Lakin bütün bunlara baxmayaraq Qaşqay türklərinin yaşadığı Şiraz şəhərinin “Bəhmənbeygi” mədəniyyət mərkəzində anım mərasimi baş tutub.

Qaşqay ziyalılar, şairlər, mədəniyyət xadimləri və yazıçıları türkoloq barədə danışıb, şeirlər səsləndirib və Hüseyn Düzgünün xatirəsinə şamlar yandırıblar.

Qeyd edək ki, 1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Məhəmmədzadə Sədiq müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Hüseyn Məhəmmədzadə Sədiq Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Azərbaycanlı alim həmçinin Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini tərcümə edib.

O həmçinin Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini nəşrə hazırlamışdı. 

Özbəkisatn dövləti azərbaycanlı alimə türk dili və ədəbiyyatı və ümumiyyət türkologiya sahəsindəki araşdırmalarına görə “Əmir Əlişir Nəvayi” mükafatını vermişdir.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …