Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Türkiyə televiziyasında Güney Azərbaycanla bağlı proqram İranı qəzəbləndirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ülke” televiziya kanalında tanınmış politoloqun proqramda Güney Azərbaycanla bağlı fikirləri İranı qəzəbləndirib. Bu məsələ İranda irqçi farsların sosial şəbəkələrində geniş müzakirələrə səbəb olub.

İraqda baş verən hadisələrə və İranın bu ölkənin iç işlərinə qarşımasına həsr olunan verilişdə tanınmış türkiyəli politoloq Həsən Öztürk İrana qarşı sərt ifadələr səslədirib.

Həsən Öztürk İranı ağıllı olmağa çağıraraq deyib: “Axmaq iranlılar sıranın özlərinə çatmayacağınımı sanırlar? Gəlir, hər dəfə sıra özlərinə də gəlir. İranı parçalasaq beş yerə bölünür.

Onların Güney Azərbaycan deyə bir gerçəkləri var, 50 milyona yaxın Azərbaycan türk var orada, sadəcə bunu söyləyirəm ki, Pakistan sınırına getsinlər görək orada kimlərlə qarşılaşacaqlar”.

Qeyd edək ki, İranın PKK terror təşkilatını dəstəkləməsini görən Türkiyə ziyalıları son vaxtlar İranda yaşayan türklər və Güney Azərbaycanla bağlı müxtəlif çıxışlar edirlər. Bu da Tehran rəsmiləri və irqçi fars təşkilatlarının etirazına səbəb olur.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …