Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizli öyrənci general Polad Həşimovun büstünün generalın anasına hədiyyə etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə təhsil alan təbrizli öyrənci Əli Həmzəzadə velosiped turunu Azərbaycanda başa vurduqdan sonra şəhid  general Polad Həşimovun büstünü Güney Azərbaycan türkləri adından şəhidin ailəsinə təqdim edib.

Bir aydır Şimali Azərbaycanın qərbindən şərqinə velosipedlə hərəkət edən Təbrizdən olan azərbaycanlı öpyrənci Türkiyə və Azərbaycan bayraqları ilə hərəkət edib və səfərinin sonunda Polad Haşımovun anasını ziyarət edib.

Təbrizli öyrənci generalın anası ilə söhbətində deyib: “Mübarizə fəlsəfəsini dərk edən, vətəni, milləti üçün vuruşan insan ölməzdir. Polad Həşimovun mübarizəsinin başqa hissəsi isə o şəhid olandan sonra başlayıb və indi onun adı mübarizə aparır.

Generalın adı şəhid olduqdan sonra sərhədləri aşdı və bu gün Azərbaycanın xəritəsinə baxanda, ölkə sərhədlərini müşahidə etdəndə Polad Həşimov xatırlanır, necə ki, Azərbaycan bayrağına baxanda Məhəmməd Əmin Rəsulzadəni xatırlayırıq”.

General Polad Həşimovun anası isə təbrizli öyrəncidən təşəkkür etməklə salamını Güney Azərbaycan türklərinə çatdırmasını istəyib və ona Türk Ölkələri bayraqlarını hədiyyə edib.

Qeyd edək ki, Əli Həmzəzadə velosiped yürüşü ilə Urmiya gölünün qurudulması və yaranacaq ekoloji fəlakətə diqqət yönəltmək istəmişdir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …