Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran Ermənistandan sonra Livan ermənilərini də himayə etməyə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran işğalçı Ermənistandan sonra Livan ermənilərini də himayə etməyə başlayıb.

Livan ermənilərinin katolikosu birinci Aram İranın Livandakı yeni səfiri Muctaba Əmanini qəbul edib. Onlar İranda yaşayan ermənilərlə bağlı məsələləri müzakirə ediblər.

Bununla bağlı Kilikiya katolikosunun bəyanatında deyilir: “Görüşdə İrandakı ermənilərlə bağlı məsələlər və Livanda keçiriləcək prezident seçkiləri müzakirə edilib. Səfir İran ermənilərinin ölkənin inkişafı və tərəqqisində fəal iştirakından danışıb. Katolikos da İran ermənilərinin erməni diasporunun həyatındakı müstəsna rolunu vurğulayıb.

Livan ermənilərinin dini lideri və İran səfiri hər kəs üçün məqbul olan və Livanı mövcud iqtisadi və sosial böhrandan çıxara biləcək bir prezidentin seçilməsinin vacibliyini qeyd ediblər”.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …