Xiyavda Urmiya gölünün urudulmasına etiraz olaraq banner asılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xiyav (Meşginşəhr) şəhərində Urmiya gölünün urudulmasına etiraz olaraq banner asılıb.

Bir qrup azərbaycanlı fəal yerüstü piyada körpülərində” Urmu gölü can verir, Tehran onun qətlinə fərman verir”, “Bu qan yerdə qalmayacaq- Azərbaycan Milli Hərəkatı” yazılmış bannerlər asıblar.

Azərbaycanlı milli-mədəni fəallar bu yolla həmçinin ictimaiyyəti fikri rejimin yaradacağı bu fəlakətə yönəltmək istəyiblər.

Qeyd edək ki, İran rejimi Urmiya gölünü qurutmaqla Azərbaycanı xarabaya çevirib Azərbaycan türklərini başqa ərazilərə köçürməklə assimilyasiyaya uğradıb məhv etməyi planlaşdırıb.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …