Kürd terrorçularından türkə qarşı ağlasığmaz vəhşilik və terror planına etiraf

Afrində ələ keçən terrorçuların verdiyi ifadələr onların necə amansız və vəhşi olduqlarını bir daha sübuta yetirib.

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, PKK/YPG terror qruplaşmasının üzvlərindən Delil Rojova təşkilatın liderlərinin ağlasığmaz təlimatlar verdiklərini bildirib.

Delil Rojova deyib: “Bizə dedilər ki, Türkiyənin tərəfində olan hər kəsi, hətta uşaqları da güllələyin. Bir neçəsinin ayağına bomba bağlayın və insanların gözünün qarşısında partladın ki, digərlərinə də dərs olsun. Belə olan halda onlar qorxub bizim üçün çalışacaqlar”.

Numan Zehlən adlı terrorçu isə gözünün qarşısında PKK-çı Argeş Canonun 2 qadın və 4 uşağı güllələdiyini bildirib.

Şiyar Rəcəbin sözləri PKK-nın bölgəni tərk etmək istəyən mülki şəxslərə qarşı da amansız olduğunu göstərir:

“Bir ailə əşyalarını yığıb qaçırdı. Pullarını, qızıllarını aldıqdan sonra onları öldürdük. Başqa bir məhəllədə qadınlar qaçmaq istəyirdilər. Silahdaşlarımız bıçaqla onların ayaqlarının altını kəsdilər ki, qaça bilməsinlər”.

PKK-çı Hoqir Çiyanın da ifadəsi qandondurandır:

“Bizdən biri yaşlı qadınla nəvəsini tutdu. Daha sonra qadının 14 yaşlı nəvəsini yuxarı aparıb zorladı”.

Qeyd edək ki, TSQ yanvarın 20-də Afrində əməliyyatlara başlamışdı. Ordu martın 24-də şəhəri terrorçulardan tamamilə azad edib

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın