Çərşənbə axşamı , May 26 2026
azfa

150 illik Azərbaycan xalçası Fransa nümayiş olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, onu 20 ildir kilim toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək.

“Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri almaq və sonra isə seçimi təkmilləşdirməklə”, – o deyib.

Qeyd edilib ki, onun kiçik mənzilində 100-dən çox naxışlarla işığı, bəzən parlaq və ya payızı əks etdirən canlı bitki rənglərində kilim xalça yığılıb. Onlar arasında Türkiyədən 350 avroya alınmış tikmə və qrafik naxışlı Azərbaycan xalçası da var. Xalça 1870-ci ildə ölkəmizdə toxunub:

“Kilimin dəyəri onun yaşı, nadirliyi və orijinallığı ilə bağlıdır”.

Həmçinin yoxlayın

ABŞ dövlət katibi: İranın Hörmüz boğazındakı təzyiq siyasəti qanunsuz və qəbuledilməzdir

GADTB: Marko Rubio İranın Hörmüz boğazındakı fəaliyyətlərini sərt şəkildə tənqid edərək bildirib ki, beynəlxalq su …

İranın Hörmüz boğazını 30 günə açacağı iddia olunur

GADTB: ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması ilə bağlı hazırlandığı bildirilən memorandum layihəsində Tehrana …