Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Ukrayna Rusiya donanmasına hücum etdi: 3 gəmi vuruldu

GADTB: Krımdakı Sevastopol buxtasında Rusiya Qara dəniz donanmasının ən azı 3 gəmisi vurulub.Suüstü pilotsuz silahlı aparatlar rusların müdafiəsini yara biliblər.

Bu barədə “GeoConfirmed” məlumat yayıb.

Çoxlu sayda videoların analiz edilməsi nəticəsində qənaətə gəlinib ki, ruslar hücum zamanı müxtəlif mövqelərdən, hətta helikopterlərdən aparatları vurmağa cəhd ediblər.

Zərbələr nəticəsində “Admiral Qriqoroviç”, “Admiral Makarov” və “İvan Qolubets” gəmilərinin vurulduğu bildirilib.

Qeyd edək ki, dünən Sevastopolda Qara dəniz donanmasına Ukrayna PUA-larının hücum edildiyi ilə bağlı məlumatlar yayılmışdı.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …