Cümə , Sentyabr 25 2026
azfa

Molla rejimi Abadə şəhərində qaşqay fəallar Məhəmmədtağı Zülqədr və Bəhram Kiyanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Fəallar Fars əyalətinin Abadə şəhərində qaşqay fəallar Məhəmmədtağı Zülqədr və Bəhram Kiyanini həbs edib.

Noyabrın 16-da İran ETTELAAT İdarəsinin məmurları Fars əyalətinin Abadə şəhərində yaşayan Məhəmmədtağı Zülqədr və Bəhram Kiyaninin evlərinə hücum ediblər.

Məmurlar həmin qaşqay fəalları vəhşicəsinə döyüb və qandallayaraq naməlum yerə aparıblar.

Fəalların nədə ittiham olunduqları barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, noyabrın 15-də də, Buşehr əyalətinin Əsləviyyə, Fars əyalətinin Firuzabad və Şiraz şəhərlərində də 5 qaşqay mədəni fəalı həbs edilmişdi.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …