Bazar , Oktyabr 18 2026
azfa

BMT-nin İranın insan haqlarının pozulmasını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranın insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib.

Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi qətnamə qəbul edib.

Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin çıxardığı ölüm hökmlərinin çoxluğundan narahatlığını ifadə edib.

BMT Baş Assambleyasının 3-cü Komitəsinin qəbul etdiyi qətnamədəİranın etirazları silahla yatırmasına toxunularaq, İslam Respublikasından dinc nümayişçilərə, xüsusilə də qadın və uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsinə son qoymağı tələb edilib.

Qeyd edək ki, Kanada qətnaməni üçüncü komitəyə təklif edib. Böyük Britaniyanın BMT-nin Baş Assambleyasındakı nümayəndəsi isə qətnaməni dəstəkləyərək, İranda insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini bildirib.

İran rejimi dinc etirazçıları, uşaqlar və qadınları güllələməklə yanaşı dinc etirazlarda tutulanları edama məhkum edir.

Həmçinin yoxlayın

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …

Köçəri kürdlər Miyandabın «Ümidafərin» komandasının futbolçularına hücum edib – Video

GADTB: Qərbi Azərbaycan vilayətinin liqa oyunları çərçivəsində Miyandabın «Ümidafərin» və «Ronahi» komandaları Urmiya stadionunda qarşılaşıblar. …