Molla rejiminin məmurlarının işgəncəsi nəticəsində azərbaycanlı fəal Nilufər Şakirinin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurlarının işgəncə etdiyinə görə azərbaycanlı fəal Nilufər Şakiridə daxili qanaxma baş verib.

Oktyabrın 11-də Kərəc şəhəridə keçirilən etiraz aksiyası zamanı saxlanılan ictimai fəal Nilufər Şakirinin sağlıq durumu ağırlaşıb və xəstəxanaya yerləşdirilib. Lakin rejimin məmurları fəalı yenidən ağır vəziyyətdə zindana köçürüblər.

Nilufər Şakirinin ailəsinin verdiyi məlumata görə, ağır şəkildə döyülən Nilufər Şakiri dekabrın 24-ü axşam saatlarında rejimin məmurlarının müşayiəti ilə xəstəxanaya köçürülüb.

Həkimlərin israrlarına baxmayaraq ilkin tibbi yardmdan sonra yenidən azərbaycanlı xanım  fəal zindana aparılıb.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …