Molla rejimini həbs etdiyi Davud Kabalını mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı Urmiyadan olan azərbaycanlı milli fəal Davud Kabalını dünən mühakimə edib.

Molla rejimi azərbaycanlı fəalı şərləyərək “Məmurlara qarşı itaətsizlik”, “Ümumi asayişi pozmaq”, “Ölkədə təhlükəsizliyi pozmaq məqsədilə əhalini idarə etmək”, “İran rəhbərini təhqir etmək” və “Ölkənin ərazi bütövlüyü və müstəqilliyinə xələr yetirmək”də ittiham edib. Azərbaycanlı fəal isə və saxta ittihamların hamısını məhkəmədə rədd edib.

Dosyenin bir hissəsi də rejimin başqa bir məhkəməsinə göndərilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi oktyabrın 26-da həbs etdiyi azərbaycanlı milli fəal Davud Kabalını qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayırdı.

Azərbaycanlı fəalın ailəsi bildirmişdi ki, fəalın xəstə olduğu barədə həkimlərin yazılı rəyi olmasına baxmayaraq, o hazırda Urmiya Polisinin təhlükəsizlik bölməsində həbsdə saxlanılır və müalicəsinə də icazə verilmir.

Oktyabrın 26-da Urmiya şəhərinin Ustadan küçəsində etiraz aksiyasında rejimin məmurları tərəfindən həbs edilən azərbaycanlı milli fəal Davud Kabalı qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır və onun nədə ittiham olunduğu barədə məlumat verilmirdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …