Xankəndidə ermənilər müharibəyə hazırlıq üçün sığınacaqlar hazırlayırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağa Ermənistandan silah daşınmasından sonra Xankəndidə aktivlik başlayıb.

Dünən qondarma rejimin “təhlükəsizlik şurası”nın təcili “iclas”ından sonra bu gün “dövlət naziri” Qurgen Nersisyan bütün“mülki müdafiə xidmətləri” və “rayon başçılarının toplantısını” təşkil edib.

Nersisyan görüş zamanı mülki müdafiə üçün qısamüddətli və uzunmüddətli fəaliyyət planının hazırlanması gərəkdiyini bildirib. Üstəlik, sığınacaqların vəziyyəti haqqında hesabatı dinləyib və daha sonra yerli əhalinin köməyi təcili görülməli olacaq işlərin siyahısını təqdim edib.

Bununla belə, separatçıların “rəhbər” şəxsi “mülki müdafiə işçilərinin” niyə təcili toplanılmasına aydınlıq gətirməyib.

Qeyd edək ki, bundan öncə Ermənistandan Rusiya sülhməramlıları vasitəsilə Xankəndinə növbəti silah daşınmasının görüntüsü yayılıb. Azərbaycan tərəfi görüntünü yaydıqdan sonra prosesi kəskin şəkildə tənqid edib və özünün təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcəyini açıqlayıb. Bakının bu bəyanatından az sonra qondarma rejimin “rəhbərliyi” “təhlükəsizlik şurası”nın iclasını çağırıb.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …