Çərşənbə , May 8 2024
azfa

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası ilə birlikdə Ərdəbilin kəndlərində uşaqlara türk ddilində çap edilmiş kitablar paylayıblar.

Azərbaycanlı sənətçi bundan öncə də oxşar mədəni aksiyalarla Güney Azərbaycan kəndlərində uşaqlar arasında ana dilinə rəğbət oyatmaq mqsədilə türk dilində kitab paylayıb.

Azərbaycanlı sənətçi həmçinin Xoyda baş verən zəlzələdən zərər çəkən uşaqlara dəstək üçün əsərlərini satışa çıxararq, əldə etdiyi gəliri onlara yardım etmişdi.

Azərbaycanlı sənətçi sosial şəbəkə hesabında keçirdikləri son aksiya ilə bağlı yazıb: “Anamın əhval-ruhiyyəsini sevirəm. Xəstəliyinə baxmayaraq uşaqlara türkcə kitab bayramlıq verməklə yeni günəş ilinin ilk gününü başladı”.

Həmçinin yoxlayın

Sülhməramlıların son partiyası Qarabağı tərk edir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya sülhməramlılarının son partiyası Qarabağı tərk edir. Bununla …

Azərbaycanlı fəallar məzuniyyətə çıxan Əli Razizadə Nadarlı ilə görüş təşkil etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal yenicə məzuniyyətə çıxan azərbaycanlı …