Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı 1 milyard tümənlik girov qarşılığında üç günlük məzuniyyətə buraxılıb.

Azərbaycanlı fəal mayın 6-da məzuniyyətə göndərilib.

Bir illik məhkumluq müddətini Tehran şəhəri Evin zindanının 8-ci bölməsində çəkən azərbaycanlı fəala 3 günlük məzuniyyət verilib.

Qeyd edək ki, Tehranda yaşayan milli fəal Əli Rəzizadə Nadarlı oktyabrın 29-da bir illik həbs cəzasını çəkmək üçün azərbaycanlı milli fəalların müşayiəti ilə Evin zindanına yollanıb və həbsxananın karantin bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …