Xoda baş verən nəticəsində çox sayda yaralanan var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün səhər Azərbaycanın güneyində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 100 nəfərə çatçaqdadır.

Səhər saat 10:30-a kimi Səlmas şəhərində 70 nəfər təcili yardıma müraciət edib. 60 nəfər ambulator müalicə alaraq evə buraxılıb, 10 nəfərin müalicəsi davam etdirilir.

Xoy şəhərində isə 12 yaralı var, onlardan 7-si evə buraxılıb, 5-nin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5.6 bal gücündə zəlzələ olub.

Seysmoloji mərkəzin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 06:46-da yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Seysmoloji Mərkəzin məlumatında zəlzələnin Xoy şəhərininin 19, Salmasın 24 və Təzəşəhərin 29 kilometrliyində baş verdiyi bildirilib.

Yeraltı təkanın əyalət mərkəzi Urmu şəhərində və Azərbaycan Respublikasının Naxcıvan bölgəsində 4.6 bal gücündə hiss edilib.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Müsavat Partiyasının XI qurultayında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Azərbaycanlı baş məşqçi: Azərbaycanla bağlı azərbaycanlılar qərar verməlidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi Tehranın Azərbaycan …