Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Əli Yunisindən Azərbaycan türklərinə təhqirlə bağlı Türk millət vəkillərindən Ruhaniyə yazılı xəbərdarlıq-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyanın millət vəkilləri Qazipur və Bəhadüri, eləcə də digər 50 türk millət vəkili Ruhaninin etniklərin işi üzrə müşaviri Əli Yunisinin Azərbaycan türk millətinin kimliyini təhrif etməsi və türk millətini təhqir etməsi ilə bağlı H.Ruhaniyə yazılı xəbərdarlıq göndəriblər.

Millət vəkilləri imza toplamaqla Yunisinin Azərbaycan türkləri barədə dediyi həqiqətə uyğun olmayan sözləri pisləməklə, bu barədə Ruhaniyə xəbərdarlıq göndəriblər.

Qeyd edək ki, H.Ruhaninin etniklərin işi üzrə müşaviri Əli Yunisi Azərbaycan türk millətinin kimliyini inkar edərək, onları fars və kürdlərin qardaşı adlandırıb. O beləliklə Azərbaycan türklərini təhqir edib. Yunisinin bu antitürk müsahibəsi irqçi farsların qəzeti olan “Qanun” qəzetində dərc edilmişdir.

Həmçinin yoxlayın

Təbriz və Trabzon qardaş şəhər elan edildi

GADTB: Təbriz Şəhər İslam Şurasının üzvləri bələdiyyənin Təbriz və Trabzon arasında qardaş şəhər əlaqələrinin yaradılması …

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Bir cavab yazın