Çərşənbə , Aprel 24 2024
azfa

İşğalçı Ermənistanda hakimiyyət böhranı davam edir: Sərkisyanla Paşinyan görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanda etirazların 10-cu günündə Sərkisyanla Paşinyan görüşdü. Sarkisyan görüşdə deyib ki,  mənim çoxsaylı danışıqlar çağırışıma reaksiya verdiyiniz üçün çox şadam, ancaq bir çox jurnalistin iştirakı ilə nə barədə danışa biləcəyimizi bir o qədər də yaxşı təsəvvürümə gətirə bilmirəm. Görüş “Marriot” otelində keçirilib.

Cavabında Paşinyan bu məsələdə bir növ yanlış anlaşılma olduğunu qeyd edib.

“Mən cənab prezident Armen Sərkisyanla görüşdə qəti şəkildə göstərdim ki, söhbət sizin təklif etdiyiniz dialoqdan yox, bizim təklif etdiyimiz çağırışdan gedir. Mən sizin istefanızı və hakimiyyəti təhvil verməyinizi müzakirə etməyə gəlmişəm. Buna görə də sizi dialoq sözünü işlətməməyə çağırıram.

Sərkisyan Paşinyana bunun dialoq və ya danışıqlar deyil, sadəcə ultimatum, dövlət və qanuni hakimiyyətə şantaj olduğunu bildirib.

“Siz məsuliyyət dərəcəsini dərk etmirsiniz, 1 mart (2008) hadisələrindən dərs çıxarmamısınız. Əgər siz bu tonla danışmağa davam etsəniz, mənə ancaq sizə qanuni hüquq və məntiq çərçivələrinə dönməyinizlə əlaqədar məsləhət vermək qalacaq. Əks halda bütün məsiliyyət sizin üzərinizdə qalacaq, seçin”, – Sərkisyan deyib.

“Bizimlə təhdid dilində danışmağa heç kim cürət etməz. Siz ölkədəki vəziyyəti təsəvvür edə bilmirsiniz və o 10-15 gün əvvəlki kimi deyil. Vəziyyət dəyişilib. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”, – Paşinyan bildirib.

Bundan sonra Sərkisyan 7-8 faiz səs toplamış fraksiyanın xalqın adından danışa bilməyəcəyini və danışıqları davam etdirmək istəmədiyini bildirib.

“Qanuni hökumətin tələblərini qəbul etmirsinizsə, o zaman sizə hələlik”, – Sərkisyan deyib.

Həmçinin yoxlayın

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Bir cavab yazın