Şənbə , Aprel 27 2024
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı etirazçı ETTELAAT-ın təcridxanasına köçürülüb

İranda son etiraz aksiyalarında həbs edilən azərbaycanlı gənc idmançı Səhənd Nurməhəmmədzadə Tehranın ETTELAAT-ın təcridxanasına köçürülüb.

Bu barədə məluimat verən gəncin ailəsi rəsmi və əlaqədar dövlət qurumlarına müraciətlərinə baxmayaraq heç bir cavab ala bilmədiklərini deyiblər.

Onlar bildiriblər ki, bir həftədən çoxdur övladlarının vəziyyətindən xəbərsiz olduqları üçün Səhəndin həyatından nigərandırlar.

 Qeyd edək ki, Tehranın İnqilab Məhkəməsi azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəni öncə molla rejimi tərəfindən edama məhkum edilmişdi.

Onun barəsində çıxarılan qərardan şikayət etdikdən sonra Apellyasiya məhkəməsində ölüm hökmü 10 il azadlıqdan məhrumetmə, 5 il sürgün və 74 şallaq cəzası ilə dəyişdirilib.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …