Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı işə mahiyyəti üzrə baxılmasını və bu ölkənin Qarabağda törətdiyi cinayətlərin araşdırılmasını tələb edib.

Azərbaycan tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan UAD nəzdində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiya”əsasən Ermənistana qarşı məhkəmə işi başa çatıb.

Niderlandın Haaqa şəhərindəki Sülh Sarayında keçirilən və aprelin 26-da başa çatan dinləmələrdə Azərbaycanın vəkilləri Ermənistanın Qarabağı işğalı zamanı Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasətini ittiham edib və işə mahiyyəti üzrə baxmaq lazım olduğunu bildiriblər.

Azərbaycan tərəfinin hüquqşünaslarından olan beynəlxalq hüquq professoru Voqan Lou (Vaughan Lowe) Ermənistanın “işin rədd edilməsi” tələbinin üzrlü səbəblərə əsaslanmadığını qeyd edərək “Ermənistan Azərbaycan məsələsini təhrif edir” deyib: “Ermənistan Azərbaycanın ittihamlarını inkar edə bilmədiyi üçün məhkəmənin yurisdiksiyasına etiraz edir. Məhkəmədən xüsusilə Qarabağın işğalı zamanı Ermənistanın törətdiyi irqi ayrı-seçkilik, etnik təmizləmə, əmlak müsadirəsi, təbii sərvətlərin istismarı, ətraf mühitə dəyən zərər və digər cinayətlərin hərtərəfli araşdırılmasını istəyirik. Azərbaycanlılara vurduğu zərərin ödənilməsi yolu Ermənistanın sözügedən pozuntularını müəyyən etməklə mümkündür”.

Xatırladaq ki, aprelin 25-də keçirilən iclasda Ermənistanın vəkilləri Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmə orqanı olan UAD-ın işə baxmaq səlahiyyətinin və Azərbaycanın ittihamının yurisdiksiyaya aid olmadığını söyləyərək işə xitam verilməsini istəyiblər.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …