Çərşənbə , May 8 2024
azfa

Güney Azərbaycanda tarixi abidə baxımsız vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Tikantəpə bölgəsinin Durbaş kəndində yerləşən tarixi abidə olan Durbaş qalası acınacaqlı vəziyyətdədir.

Sənədli film istehsalçısı Tikantəpə (indiki Tikab) rayonu Durbaş kəndində yerləşən tarixi qalanın baxılmaz qalmış vəziyyəti barədə çəkiliş edib.

100 ildən artıq tarixi olan möhtəşəm qala özünə məxsus memarlığı ilə Qaca dönəmində tikilib.

Lakin hal-hazırda Şərqi Azərbaycan Əyaləti Əl Sənayesi və Mədəni İrs Təşkilatının laqeydliyi və qalanın vəziyyətinə ciddi yanaşmadığına görə onun çox hissələri dağılıb, qalan tikililər də dağılmaq üzrədir.

“Tikan Təpə sakini milli ruhu olan bir şəxs illər öncə qalanının dağınıq hissələrini təmir etməyə cəhd edib. Lakin qala hazırda gördüyünüz baxımsız vəziyyətdədir” sənədli film istehsalçısı Məhəmməd Əlimuradı deyib.

Əlimuradi tarixi qalanın dağılmasının qarşısını almaq məqsədi güney azərbaycanlılara müraciət edib.

“Təbriz, Zəncan, Urmu, Qəzvin, Tehran şəhərlərində, həmçinin ölkədan xaricdə yaşayan və vətənin eşqini ürəklərində daşıyan azərbaycanlı sərmayə sahiblərinə müraciət edirəm. Bu kimi milli tarixi abidələrimiz bərpa və təmir olunmaları üçün sizin təşəbbüsünüzü gözləyir”-deyə Əlimuradı vurğulayıb.

O, qalanın vəziyyətindən paylaşdığı çəkilişin sonunda deyib: “gəlin çiyin-çiyinə verib milli irslərimizi qoruyaq!”

Məhəmməd Əlimuradı bundan əvvəl də Tikantəpənin Yolğun Ağac kəndində yerləşən tarixi hamamın acınacaqlı vəziyyətindən video çəkiliş edərək əyalətin rəsmiləri tərəfindən Azərbaycanın abidələrinə laqeyd yanaşmalarına etirazını bildirmişdir.

https://t.me/GADTB1/34634

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …