Bazar ertəsi , May 20 2024
azfa

NASA Xəzər dənizinin sürətlə dayazlaşdığını bildirir

GADTB: NASA sahil ölkələri üçün biomüxtəliflik və iqtisadiyyat baxımından əvəzolunmaz su hövzəsi olan Xəzər dənizi sürətlə dayazlaşdığını bildirib.

Məlumata görə, bu, dənizin şimal hissəsində xüsusilə nəzərə çarpır. Problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 2006-cı və 2022-ci ilin sentyabrında çəkilmiş iki peyk şəklini dərc edilib.

Fotodan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib, Kaydak körfəzi tamamilə quruyub. Xəzərin sürətlə quruması Türkmənistanın sahilyanı ərazisində də nəzərə çarpır. Məsələn, hələ 2007-ci ildə eyniadlı yarımadada yerləşən Xəzər şəhəri birbaşa dəniz sahilində yerləşirdi. Xəzər quruduqca sahil xətti getdikcə uzaqlaşır və indi bəzi yerlərdə su 800 metr çəkilib.

Bir neçə peyk tərəfindən toplanmış və NASA Qlobal Su Monitoru tərəfindən əldə edilmiş radar hündürlüyü məlumatları göstərir ki, Xəzər dənizində suyun səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq azalmağa başlayıb.

Qeyd olunur ki, iqlim dəyişikliyi havanın temperaturunun yüksəlməsinə və buxarlanmanın artmasına səbəb olduğu üçün azalma davam edə bilər.

Həmçinin yoxlayın

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəalı indi də sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə həbs etdiyi …

Yerli əhalinin kürd terrorçuların təhrif etdiyi Azərbaycan kənd adlarını qaytarmq üçün mübarizə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsində İran rejimi və kürd …