Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türkmənistanda ilk ağıllı şəhərin açılışı oldu

GADTB: Türkmənistanda qabaqcıl texnologiyalardan istifadə edilməklə ağıllı şəhər konsepsiyasına uyğun olaraq inşa edilən Arxadağın açılışı olub.

Paytaxt Aşqabadın 30 kilometr cənub-qərbində yerləşən Arxadağ şəhərinin açılış mərasimində Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyə Odalar və Birjalar Birliyi – TOBB-un sədri Rifat Hisarcıklıoğlu, diplomatik nümayəndəliklərin nümayəndələri, mətbuat mənsubları və çox sayda qonaq iştirak edib.

Prezident S.Berdiməhəmmədov “Akxan” abidəsinin yanında şəhərin açılışını bildirən rəmzi lenti kəsib, sonra şəhərin Arxadağ əsas meydanında təntənəli yürüş keçirilib, daha sonra ölkə başçısı qonaqlarla birlikdə bir sıra tikinti obyektlərini gəzib.

Ağıllı şəhərdə Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Reabilitasiya Mərkəzi də açılıb.

Ağıllı şəhər Arxadağın statusu “dövlət şəhəri” olaraq qəbul edilib.

Qeyd edək ki, Aşqabaddan 30 kilometr cənub-qərbdə yerləşən Arxadağın tikintisinə 2019-cu ildən başlanılıb. Ahal vilayət inzibati mərkəzinin təməlqoyma mərasimində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …