Bazar , Sentyabr 20 2026
azfa

İranın iddiasına baxmayaraq Urmiya gölündə ekoloji böhran davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin iddiasına baxmayaraq Urmiya gölündə ekoloji böhran davam edir.

Son günlər İbrahim Rəisinin birinci müavini Məhəmməd Müxbir Qərbi Azərbaycana səfər edərək, bir neçə layihənin, o cümlədən Urmiya gölünün bərpası ilə bağlı yeni layihənin açılışının olduğunu və gölün bərpası işlərinin təkmilləşdirildiyini iddia edib.

Onun səfəri və gölün bərpası barədə iddiasından sonra yerli sosial media və ətraf mühit fəalları Urmiya gölünün son durumunu əks etdirən görüntüləri paylaşıblar.

Azərbaycanlı fəallar hökumət nümayəndəsinin iddialarınınəsassız olduğunu, gölün quruması prosesinin davam etdiyini və Müxbirin bu çıxışının parlament seçkiləri öncəsi səs toplamağa hesablandığını qeyd ediblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi gölə tökülən çayların qarşısında bənd tikməklə gölün qurumasına səbəb olub. Əhalinin ciddi etirazlarından sonra gölün bərpasına söz verib. Lakin hələ də ciddi nəticə yoxdur.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …