Asiya Çempionatında azərbaycanlı karateçi ikinci yer tutub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı karateçi Asiya Çempionatında ikinci yer tutub.

75 kq çəki dərəcəsində mübarizə aparan karateçi Bəhmən Əsgəri üç qələbə və bir itki ilə Malayziyada keçirilən 19-cu Asiya Çempionatında gümüş medal qazanıb.

Qəzvindən olan azərbaycanlı karateçi ilk görüşündə qırğızıstanlı Nazim Nurlanovu 2:1 hesabı ilə məğlub edib. İkinci görüşündə özbəkistanlı Kunçbek Maxamdeyevə 3:0 hesabı ilə, yarımfinal görüşündə isə Ərəbistan təmsilçisi Sultan Əl-Zəhraniyə 3:2 hesabı ilə qalib gəlib. Lakin final görüşündə qazaxıstanlı Nurkan Axiyaya 2 xalla məğlub olub. 

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …