Cümə axşamı , Yanvar 9 2025
azfa

Tanınmış azərbaycanlı fəal Əkbər Azad yenidən İlamın Dərəşəhr şəhərinə sürgünə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal və yazıçı Əkbər Azad 2 illik məcburi yaşayış cəzasını çəkmək üçün yenidən İlam vilayətinin Dərəşəhr şəhərinə göndərilib.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı milli fəal və yazıçı Əkbər Azad iki illik sürgün cəzasını çəkmək üçün iyunun 11-də İlam əyalətinin Dərədivan şəhərinə getmişdi. O daha sonra oğlunun xəstəliyi ilə bağlı yaşadığı şəhər qayıtdığını bildirmişdi.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verib. Lakin daha sonra fəalların hökmü Apellyasiya Məhkəməsində 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirilmişdi.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Süngün mədənində böyük mis ehtiyatları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin taladığı Güney Azərbaycanın Süngün mədənində …

Baxımsızlıq üzündən Marağadakı tarixi Xudayari evi tamamilə məhv olmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkə siyasəti və ögey münasibəti …