Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ermənistanın qarayaxma kampaniyası müharibə cinayətlərinə dəstəkdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə tviter hesabında yazıb.

“Azərbaycanın müharibə cinayətkarına qarşı atdığı addımlar beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsaslanır.

Ermənistanın iddialarının əksinə olaraq, beynəlxalq humanitar hüquqda qanuni hərəkətlərlə bağlı heç bir məhdudiyyət yoxdur.

Ermənistan tərəfindən qarayaxma kampaniyası müharibə cinayətlərinə bəraət qazandırmaq və dəstək verməkdən başqa bir şey deyil”, – Ayxan Hacızadə qeyd edib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …