Şənbə , Oktyabr 17 2026
azfa

İran hökuməti Ərdəbili çinlilərə peşkəş edib?!

GADTB: “Təadol” qəzeti yazır ki, İran hökumətinin Güney Azərbaycana yeni xəyanəti olaraq, Tehranda çinlilərlə 3 müqavilə imzalanıb.

Qəzet “Çinlilərin Ərdəbillə bağlı hansı planları var?” başlıqlı yazı dərc edərək, sözügedən müqavilənin kənd təsərrüfatı, istixana məhsullarının yetişdirilməsi, şəhərsalma, bərpa olunan enerji və turizmin inkişafı sahələrində olduğunu açıqlayıb.

“İran-Çin İqtisadi İnkişaf Konfransı” adı altında keçirilən görüşdə Ərdəbil əyalətinin valisi Seyid Hamed Ameli iştirak edib.

Konfransda Ərdəbil və Çinin Şanxay şəhəri qardaşlaşmış şəhərlər adlandırılıb./ Azad İran

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …