Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Təbrizdə azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına simvolik şəkildə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar

Təbrizdəki şairlər məqbərəsində ictimaiyyətin diqqətini Urmiya gölünün acınacaqlı vəziyyətinə çəkmək üçün aksiya keçiriblər.

Onlar üzərində “Urmiya gölünü xilas edin”, “Urmiya gölü bərpa olunmalıdır, bunun separatizmlə heç bir əlaqəsi yoxdur”, “Milyonlarla günahsız insanın həyatı təhlükə altındadır” şüarları yazılmış banner açmaqla rejimi qurutduğu gölü bərpa etməyə çağırıblar.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmu və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …

Tramp: İran İslam Respublikası etirazçılar etiraz etmədikləri zaman belə onları öldürür

GADTB: ABŞ Prezidenti Donald Tramp bildirir ki, “İranı dağıdan İran İslam Respublikası etirazçıları hətta etiraz …