Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Güney Azərbaycanın “Yadigarlı” gölünü də qurutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimi Urmiya gölündən sonra Güney Azərbaycanda “Yadigarlı” gölünü də qurutdu.

Artıq Sulduz (Nəqədə) bölgəsində yerləşən “Yadigarlı” gölü tamamilə quruyub

Bu barədə Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin sədri Əkbər Qaimi açıqlama verib.

Bundan öncə ekoloqların xəbərdarlıqlarına baxmayaraq, məsullar Urmiya gölündə ekoloji probleminə dərinləşməsinə baxmayaraq, ətraf göllərin, ocümlədən Yadigarlı gölünün qurumaq təhlükəsi olmadığını bildirmişdilər.

1530 kehtar su hövzəsinə malik olan gölün sahəsi qurumadan əvvəl 359 hektar olub.

Qeyd edək ki, “Yadigarlı” gölü təbiət abidələri siyahısında qəydiyyata alınıb və bu göl minlərlə yerli və küçəri quşların, müxtəlif növ su canlılarının məkəni olub.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …