Cümə axşamı , May 7 2026
azfa

Meşəli soyqırımı ilə bağlı cinayət işi 31 il əvvəl açılıb

GADTB : Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb.

Bunu Azərbaycan baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

O, 1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirib. Baş prokurorluğun rəsmisi hadisə yerinin fotolarını təqdim edib.

Qurum rəsmisi uzun müddət aparılmış istintaq nəticəsində Xaçaturyan Vaqif Çerkezoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçaturyanın beynəlxalq axtarışa verildiyini vurğulayıb.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …