Cümə axşamı , Aprel 30 2026
azfa

Ermənistan Azərbaycanla sərhədə qoşun cəmləşdirir

GADTB: Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.

Bunu “Röyters”ə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir”, – deyən Hikmət Hacıyev Ermənistanı öz qoşunlarını sərhəddə cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib.

Onun sözlərinə görə, Qarabağdakı qanunsuz erməni qüvvələri də öz kazarmalarından çıxaraq yüksək döyüş hazırlığı şəraitində cəbhə xəttindəki mövqelərə yerləşdirilib:

“Bizim strategiyamız Azərbaycana qarşı hər hansı silahlı və ya qeyri-qanuni hərbi hərəkətlərin və ya təxribatların qarşısını almaq və zərərsizləşdirməkdən ibarətdir”.

Həmçinin yoxlayın

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …