Molla rejimi azərbaycanlı milli fəalları həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri Güney Azərbaycanda tanınmış fəallardan olan Əli Babai və Davud Şirini dünən həbs edərək naməlum yerə aparıblar.

Əslən Qoşaçaydan olan azərbaycanlı fəal Əli Babainin yaxınları bildiriblər ki, rejimin məmurları fəalı Təbrizdə iş yerində döyərək, yaxalayıb, daha sonra isə fəalın evində axtarış aparıblar. Onlar fəalın komputeri və kitablarını müsadirə ediblər.

Qeyd edək ki, hələlik hər iki azərbaycanlı fəalın həbsinin səbəbi və ittihamları barədə dəqiq məlumat yoxdur.

Əli Babai və Davud Şiri milli fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum ediliblər.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …