İran adlanan ölkənin Suriyadan İsrailə raket hücumu planlaşdırdığı söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkə İsrailə raket zərbəsi endirməyi planlaşdırır. Bu barədə informasiyanı İsrailin “10-cu kanal”ı yayıb. Televiziya İranın öz ərazisindən İsrailə zərbə endirmək istəmədiyini və bunun üçün də Suriyadakı Hizbullah dəstələrindən istifadə edəcəyini bildirib:

“İran bu əməliyyatın məhdud miqyasda olmasında maraqlıdır. Bununla da Tehran regional savaş üçün bəhanə yaratmaq istəmir”.

İsrail tərəfinin iddiasına görə, İran İsrailə hücum zamanı “Fateh 110” raketlərindən istifadə etmək niyyətindədir. Hədəf kimi isə İsrailin şimalındakı hərbi obyekt nəzərdə tutulub.

Həmçinin yoxlayın

CENTCOM: Hörmüz boğazının müxtəlif nöqtələrində İranın 10 hərbi hədəfinə hava zərbələri endirdik

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində paylaşdığı videoda bildirib ki, ABŞ Hərbi Dəniz …

Azərbaycanlı fəal Əli Babayi telefon danışığı və görüş hüququndan məhrum edilib

GADTB: Altı aydır Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Babayinin həyat yoldaşı …

Bir cavab yazın