Çərşənbə , Sentyabr 9 2026
azfa

Əli Xameneyi Azərbaycan millətini hədələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rəhbəri Əli Xameneyi rəsmi mərasimdə üstüörtülü şəkildə Güney Azərbaycanda Azərbaycan millətini İrandan ayrılmaq istədiyi halda zərbə alacağı ilə hədələyib.

Əli Xameneyi 1945-1946-ci illərin 21 azər – Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə eyni vaxtda çıxış edərkən bu şəkildə Azərbaycan millətini hədələyib.

İran milli kimliyinin qorunub saxlanılmalı olduğunu vurğulayan Ili Xameneyi deyib: “Üzərimizə düşən vəzifələrdən biri budur ki, “özümüzə”, “öz-özlüyümüzə” diqqət yetirək. Azərbaycan onu fərqləndirən kimliyə tam diqqət yönəltməlidir. İran xalqı öz kimliyini unutmamalıdır. Öz kimliyini unudarsa, zərbə alacaq, sillə alacaq, geridə qalacaq”.

Qeyd edək ki, irqçi fars rejimi Qərb imperializminin yardımı ilə Qacar hakimiyyətini qəsb etdikdən sonra Azərbaycan türklərinə qarşı müstəmləkə siyasəti yürüdür. Məqsəd isə Azərbaycan Türk millətini bir millət kimi məhv etməkdir.

Həmçinin yoxlayın

SEPAH: “İki ABŞ gəmisinə, səkkiz neft tankerinə və 10 gəmiyə hücum etmişik”

GADTB: Terrorçu SEPAH çərşənbə günü səhər saatlarında yaydığı bəyanatda iddia edib ki, ABŞ-ın Fars körfəzində …

CENTCOM: İrana məxsus beş neft tankeri ABŞ hərbi gəmisinə iki uğursuz raket hücumundan sonra məhv edilib

GADTB: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ qüvvələri sentyabrın 8-də, son iki gün ərzində …