Azərbaycan ordusunda NATO təlimi keçirildi- Video

GADTB: 2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib.

Azərbaycan Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı məlumat yayıb.

Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.

Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.

Həmçinin yoxlayın

Molla rejimi quşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Quşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici …