Güney Azərbaycandan olan xanım idmançı Asiya çempionu oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Həmədan şəhərindən olan xanım idmançı Asiya çempionu olub.

Taylandda keçirilən qadınlar arasında avarçəkmə üzrə Asiya çempionatında azərbaycanlı xanım idmançı birinci yeri tutub.

Həmədandan olan azərbaycanlı idmançı Kimiya Zarei ” 23 yaşadək qadınlar arasında yüngül çəkidə bir nəfərlik avarçəkmə yarışlarında qızıl medal qazanaraq Asiya çempionu olub.

Qeyd edək ki, Kimiya Zarei Tayland, Vyetnam, Qazaxıstan, Honq Konq və Şri-Lankadan olan rəqibləri ilə mübarizə aparıb və yekunda 8:07,452 dəqiqə nəticə ilə birinciliyi qazanıb.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …