Cümə axşamı , Sentyabr 10 2026
azfa

Azərbaycanlı siyasi fəal Cavad Südbarın həyat yoldaşı milli fəalın aclıq aksiyası ilə bağlı paylaşım etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Cavad Sudbarın həyat yoldaşı şəxsi İnstaqram səhifəsində paylaşım edərək, bildirdi ki, həyat yoldaşı Cavad Südbar Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında 9 gündür aclıq aksiyası keçirir. O, fəalın ailəsinə və ya yaxınlarına zəng etmək imkanı verilmədiyi üçün həyat yoldaşının fiziki sağlamlığından son dərəcə narahat olduğunu bildirib

İlham xanım Həbibi dünyadakı bütün azadlıqsevər insanlardan və türk fəallarından onun ədalət çağırışına dəstək vermələrini, Cavad Südbər və dostlarına qarşı ədalətsizliyi və zülmü bütün dünya ictimaiyyətinə çatdırılmasını istəyib.

Qeyd edək ki, Cavad Sudbar və Əli Babaei, 96 gün, Yürüş Mehrəlibəyli isə 41 gündür ki, ETTELAAT-ın təcridxanasında ən pis vəziyyətdədirlər və hər hansı telefon danışığı hüququndan məhrumdurlar.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …