Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi Kərim İsmayılzadəni Təbrizdə İnqilab Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı idmançı Kərim İsmayılzadə elektron poçt vasitəsilə aldığı bildirişə əsasən, Təbrizdə yerləşən rejimin İnqilab Məhkəməsinin birinci şöbəsinə getməlidir.

Azərbaycanlı fəal aldığı bildirişi öz İnstagram səhifəsində paylaşıb.

Molla rejimin Təbrizdəki İnqilab Məhkəməsinin Birinci Şöbəsi onu “icazəsiz mitinqlərdə iştirak”, “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək” və “İran İslam Respublikasına qarşı təbliğat” maddələri ilə ittiham edir.

Qeyd edık ki, Kərim İsmayılzadə Urmiya gölünün qurumasına etiraz olaraq sentyabr ayında molla rejimin məmurları tərəfindən həbs edilmiş və bir müddət sonra məhkəmə prosesinin sonuna qədər 600 milyon tümən girov qarşılığında zaminı buraxılmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …