Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəala ittiham irəli sürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəngan bölgəsindən yaşayan azərbaycanlı fəal Mustafa Kərimiyə ittiham irəli sürüb.

Dekabrın 18-də Zənganda rejimin Baş və İnqilab Prokurorluğunun ikinci istintaq şöbəsi tərəfindən azərbaycanlı fəala ittiham elan edilib və istintaq başa çatana qədər zaminə buraxılıb.

Azərbaycanlı fəal bu barədə öz “İnstagram” hesabında paylaşım edərək, yazıb: “Sepah qüvvələrinin “kiberməkanda hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı ilə verdiyi şikayət ərizəsində “yalan məlumatlar yaymaq” yazılmasına baxmayaraq, məni ittiham ediblər. Görünür, iki həftə öncə Sepah-ın Kəşfiyyat Təşkilatında aparılan dindirilmə kifayət etməyib”.

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …