Cümə axşamı , Yanvar 2 2025
azfa

Urmiyada zindanda Hamid Qaraoğlaninin aclıq aksiyası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya şəhərində siyasi məhbus Hamid Qaraoğlaninin aclıq aksiyası davam edir.

O, 18 gündür aclıq aksiyası keçirdiyi üçün sağlıq durumu ağırlaşıb.

Məlumata görə, məhbusun vəziyyəti pisləşərək həyatı təhlükədə olsa da, həbsxana rəhbərliyi onun müalicəsi üçün icazə vermir.

Epilepsiya və daha bir neçə xəstəlikdən əziyyət çəkən azərbaycanlı fəal müalicəsinə icazə verilməməsinə etiraz olaraq  yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, 27 iyun 2020-cı ildə həbs edilən Qaraoğlani xarici ölkələrə casusluq ittihamına görə 13 il 3 ay azadlıqdan məhrum edilib.

Azərbaycanlı fəal epilepsiya xəstəliyindən əziyyət çəkir. Urmiya təcridxanasının rəhbərliyi onun tibbi yardım almasına nəinki şərait yaratmayıb, hətta bu yardımdan məhrum edib.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …