Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Araz çayının çirkləndirildiyini etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irq,i fars-molla rejimi Araz çayının çirkləndirildiyini etiraf etdi.

İranın vitse-prezidenti və Ekologiya Təşkilatının sədri Əli Səlaceqe Araz çayının çirkləndirilməsi ilə bağlı “Shafaqna” saytına deyib: “Araz çayında çirklənmə var, amma bizim Ermənistanla əməkdaşlığımız çox yaxşı səviyyədədir. Artıq bir neçə aydır ki, bu məsələyə nəzarət Ekologiya Təşkilatına həvalə olunub, xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib.

Görüşdə birgə bəyanat və memorandum imzalanıb və Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.

İran rəsmisi habelə bu işə gec başladıqlarını da etiraf edib. Onun sözlərinə görə, erməni tərəfi ilə ikinci görüş ən qısa vaxtda baş tutacaq.

Qeyd edək ki, molla rejimi Ermənistanın Araz çayının çirkləndirilməsinə daim göz yumub.

Həmçinin yoxlayın

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …