Şənbə , Sentyabr 19 2026
azfa

Monqol eks prezident Putinin “tarix dərsi”nə monqol xəritəsi ilə cavab verdi

GADTB: Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj Rusiya Prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsonun müsahibəsi fonunda ölkənin tarixi xəritəsini dərc edib.

Eks-prezident xəritəni bu sözlərlə paylaşıb:

“Putinin çıxışından sonra. Mən Monqolustanın tarixi xəritəsini tapdım. Narahat olmayın, biz sülhpərvər və azad xalqıq”.

Qeyd edək ki, Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ukraynanı Sovet hakimiyyətinin yaratdığı “süni dövlət” adlandırıb.

Monqolustanın sabiq prezidenti isə dolayısı ilə Putinə müasir dövlətlərə tarixi ərazi kontekstində qiymət verməməyə çağırıb. Belə ki, Monqolustanın tarixi xəritəsində nə Rusiya var, nə də Ukrayna – hamısı Çingiz xanın imperiyasına aiddir.

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …