İran və Ermənistan arasında 19 sahədə əməkdaşlıq sənədi imzalanıb

GADTB: İRNA xəbər verir ki, İran Ermənistan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının bağlanış mərasimi bu gün, fevralın 15-də İranın Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur və Tehranda səfərdə olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın iştirakı ilə keçirilib.

Tədbirdə iki ölkə arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının 19 sahə üzrə 21 bəndlik sənədi imzalanıb.

Xatırladaq ki, dünən Tehranda Ermənistan-İran Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sayca 18-ci iclasının açılış mərasimi baş tutub./ Azad İran

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …